30 minə rus tankı aldı, içindən elə xəzinə çıxdı ki...

30 minə rus tankı aldı, içindən elə xəzinə çıxdı ki...

Böyük Britaniyadan olan kolleksioner aldığı köhnə tankın yanacaq çənindən qızıl tapıb.

Axar.az xəbər verir ki, "San” nəşri kolleksioner Nik Midin eBay vasitəsilə 30 min funt-sterlinqə köhnə T-54 tankı aldığını və özünün 150 adda hərbi kolleksiyasını bununla zənginləşdirdiyini yazıb. Ancaq zənginləşmə təkcə kolleksiya nümunəsi ilə məhdudlaşmayıb.

Nik Mid T-54-ü aldıqdan sonra döyüş sursatı qalıb-qalmadığını aydınlaşdırmaq üçün mexaniklə birgə onu əməlli-başlı yoxlayıb. Bu zaman isə T-54-ün yanacaq çənindən 5 ədəd qızıl külçə çıxıb. Qızıl külçələrin 2 milyon funt-sterlinq dəyərində olduğu açıqlanıb.

Midin qənaətinə görə, qızılları tanka İraq əsgərləri yerləşdirib. Belə ki, tank İraq ordusuna məxsus olub, 1991-ci il savaşında isə ingilis hərbçiləri tərəfindən ələ keçirilib və Böyük Britaniyaya gətirilib.

Mid qızıl külçələri polisə təhvil verib. Xəzinənin Londona aparılacağı gözlənilir.

Mid isə bundan narazı deyil. O bildirib ki, qızılları qaytarmasalar da, tank onda qalacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az