Azərbaycan hökuməti növbəti 10 ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) layihələri üçün 3,5 milyard dollar xərcləməyi planlaşdırır.” AzərTAc”ın yaydığı məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirmişlər ki, bu vəsaitin çox hissəsi özəl sektorun payına düşür. Özəl sektorun rolunu genişləndirmək məqsədilə xüsusi təkmilləşdirilmiş maddi, maliyyə və investisiya mühiti yaradılır. Qeyd edək ki, Avrasiya, həmçinin ərəb regionunda qlobal şəbəkəyə yüksək səviyyədə qoşulmanı təmin etmək üçün Azərbaycanın təşəbbüsü ilə layihələr həyata keçiriləcəkdir. Birinci layihə Avropanı Asiya-Sakit regionu ilə birləşdirən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsidir. Rusiya, Azərbaycan, İran və Omanı əhatə edən körfəz ölkələri vasitəsilə Avropaya qoşulan ikinci layihə isə EPEG (Avropa-Asiya İnformasiya Magistralı) adlanır. “Vətəninfo”
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR