"Türk axını"nın inşası haqda razılaşma qüvvədə qalır"

"Ankara ilə Moskva arasında "Türk axını"nın inşası haqda razılaşma qüvvədə qalır".

Vətəninfo.az-ın məlumatına görə, "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dumadakı çıxında bildirib.

"Siyasi razılaşma qüvvədədir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Moskvada Cümə məscidinin açılışı tədbirində Vladimir Putinlə görüşündə bunu təsdiqləyib", - o vurğulayıb.

Onun sözlərinə görə, Türkiyədə seçkilər keçirildiyindən (noyabrın 1-də Türkiyə Böyük Millət Məclisinə seçkilər keçiriləcək) müvafiq sənədi imzalayacaq səlahiyyətli yoxdur.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az