Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamenti ləğv edilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə "APA-Economics"ə bankdakı mənbə bildirib. Bildirilir ki, departamentin fəaliyyəti ABB rəhbərliyinin qərarı ilə dayandırılıb."Departamentin direktoru Behnam Qurbanzadə və departamentin digər əməkdaşları işdən kənarlaşdırılıblar", - deyə mənbə qeyd edib.
İnformasiyanı bankdan təsdiqləyiblər.
Qeyd edək ki, ABB İslam bankçılığını regionda ilk tətbiq edən bank olub. Bank ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış "İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib.
Az sonra İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. Departament müştərilərinə - hüquqi və fiziki şəxslərə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başlayıb.
Vəzifədən azad olunan məşhur həkimdən AÇIQLAMA
Deputat həbsdə olan AXCP sədrinin atasının yas mərasiminə buraxılmamasından danışdı: “Kənar müdaxilə yolverilməzdir”
"Belə uşaqlar dövlətin himayəsində böyüdülməlidir" - Fazil Mustafadan ÇAĞIRIŞ
Onlar hərbi xidmətə çağırıldıqda müavinət ala biləcək
ABŞ-İran qarşıdurması yeni mərhələyə keçir: Hörmüzdə savaş riski artır (ŞƏRH)
Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar
Əli Kərimlinin vəkilləri DTX rəisinə müraciət edib
SON DƏQİQƏ! Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
Veteran pulu ARTIRILIR? – AÇIQLAMA
Ehtiyatda olan zabit Abuzər Əbilov: "ƏSMN və DSMF niyə başıma bu oyunları açır?"