TAP layihəsi çərçivəsində növbəti müqavilələr imzalanıb

TAP layihəsi çərçivəsində növbəti müqavilələr imzalanıb

"Trans-Adriatik” (TAP) boru kəməri layihəsi çərçivəsində daha üç müqavilə imzalanıb.

Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, müqavilələr kəmərin marşrutu boyunca oynaqların və qazma tələlərinin izolyasiyası, mühəndislik, istehsal və 48 və 36 düyümlük klapanlarla təmin olunmasını əhatə edir.

"Industria Meccanica Bassi S.p.A” şirkəti ilə iki müqavilə imzalanıb. Müqavilə boru kəmərinin mühəndislik, istehsal və 48 və 36 dyümlük klapanlarla təminatını, dirsəklər və ağıllı tələlərin qurulmasını əhatə edir. "Nuova Giungas s.r.l.” şirkəti ilə müqavilədə isə 48 və 36 düyümlük klapanların çatdırılması və izolyasiyası göstərilir.

TAP-ın icraçı direktoru Yan Bradşou deyib: "Bu ilin sonuna kimi boru kəməri layihəsi üzrə plana uyğun olaraq quruda və dənizdə mühəndislik, satınalma və tikinti üzrə daha bir neçə müqavilə imzalanacaq. Bu, nəzərdə tutulduğu kimi 2016-cı ildə Yunanıstan, Albaniya və İtaliyada boru kəmərinin tikintisinə başlamağa imkan verəcək”.

Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi "Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az