Azərbaycan OPEK-in iclasına dəvət olundu

Azərbaycan OPEK-in iclasına dəvət olundu

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEK) oktyabrın 21-də keçiriləcək görüşünə quruma üzv olmayan 8 ölkə - Azərbaycan, Braziliya, Kolumbiya, Qazaxıstan, Norveç, Meksika, Oman və Rusiya da dəvət ediliblər.

Bu barədə Venesuelanın neft naziri Euloqio del Pino Reuters-ə bildirib.

"İclasda iştirakla bağlı ölkələrin təsdiqləri tədricən gəlir və iclasda kifayət qədər nümayəndə heyətlərinin təmsil olunması üçün mən şəxsən nazirlərə zəng edirəm”, - deyə nazir bildirib.

Venesuela bazarın tədricən sabitləşməsi və neftin qiymətlərinin qalxması üzrə yeni strategiyanı oktyabrın 21-də təqdim edəcək.

Onu da əlavə edək ki, oktyabrın 21-də nəzərdə tutulmuş görüş Avstriyanın paytaxtı Vyanada təşkil ediləcək.

Oxu.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az