Noyabrın 26-də Pekində Azərbaycan-Çin Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası keçirilib.
Komissiyanın iclasına Azərbaycan tərəfdən Baş nazirin müavini Abid Şərifov və Çin tərəfdən kommersiya nazirinin müavini Con Şan sədrlik ediblər.
İclasda iki ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığa dair məsələlər, o cümlədən nəqliyyat, energetika, kənd təsərrüfatı və digər istiqamətlər üzrə əlaqələrin inkişafına dair mövzular müzakirə olunub.
Musavat.com-a daxil olan məlumata görə, həmin görüşdən sonra Abid Şərifovun səhhətində kəskin problemlər yaranıb. Buna görə də digər nümayəndə heyəti Bakıya qayıtsa da o, nəzərdə tutulan zamanda Azərbaycana dönə bilməyib. Mənbəmiz bildirir ki, Abid Şərifov şəkər və qan təzyiqi xəstəliklərindən əziyyət çəkir. Görüşdən sonra onun vəziyyəti də məhz bu xəstəliklər səbəbindən pisləşib və o, Pekində dərhal xəstəxanaya yatırılıb.
Məlumatı dəqiqləşdirmək üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli ilə əlaqə saxladıq. Akif Əli musavat.com-a bildirdi ki, Abid Şərifovun səhhəti ilə bağlı yayılan məlumatdan xəbərsizdir: "Bu barədə məndə məlumat yoxdur”.
Akif Əli məlumatı dəqiqləşdirməyimiz üçün bizə Abid Şərifovun köməkçisinin nömrəsini verdi. Köməkçi isə sualımıza cavab olaraq bildirdi ki, bu barədə məlumat almaq üçün mətbuat xidməti ilə əlaqə saxlamaq lazımdır.
Musavat.com-un əməkdaşı A.Şərifovun mobil nömrəsinə zəng vursa da, telefon bağlı göstərdi.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat