ABŞ-dan ciddi Türkiyəyə xəbərdarlığı: Oralara getməyin!

ABŞ-dan ciddi Türkiyəyə xəbərdarlığı: Oralara getməyin!

Rusiya KİV-nə istinadən verilən xəbərlərə görə,  ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Türkiyənin cənub-şərqinə, xüsusilə Suriya ilə sərhəd ərazilərə getməmək barədə xəbərdarlıq edib.

Departament bu xəbərdarlığa səbəb kimi beynəlxalq və yerli terrorçular tərəfindən mümkün təhlükənin olmasını göstərib. 

Məlumatda qeyd olunub ki, terrorçuların hədəfi məşhur turist obyektləri, ABŞ hökumətinə məxsus binalar, həmçinin bütün Türkiyə ərazisində polis və digər icra orqanları ola bilər. 

Bundan əlavə Türkiyədə, xüsusi ilə ölkənin cənub-şərqində insanların qaçırılması təhlükəsi olduqca yüksəkdir. 

Qeyd edək ki, hazırda Türkiyə və Suriya sərhədində ciddi gərginlik müşahidə olunur. 


Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az