ABŞ geri çəkilir: Türkiyə yaxın müddətdə əməliyyata başlayacaq... (ŞƏRH)

ABŞ geri çəkilir: Türkiyə yaxın müddətdə əməliyyata başlayacaq... (ŞƏRH)

"Düşünürəm ki, ABŞ bunun nə qədər əleyhinə olsa da, Türkiyə yaxın müddətdə həmin ərazilərdə əməliyyata başlayacaq”. 

Miq.Az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Türkiyənin yaxın zamanlarda Suriya ərazisində yenidən hərbi əməliyyatllara başlaması məsələsini şərh edərkən deyib.
 


Politoloq bildirib ki, Türkiyə öz ölkəsi üçün obyektiv səbəblərə görə Suriyada əməliyyata başlamaq istəyir. Çünki Suriya ərazisindən təhlükə var, PKK və onun qruplaşmaları Türkiyə üçün təhlükə yaradır.
 
"Türkiyə uzun müddətdir buna hazırlaşırdı, amma bu hərbi əməliyyatın riskləri də var. Çox təəssüf ki, Amerika hərbi instruktorları o ərazilərdə PKK ilə əməkdaşlıq qurublar və buna görə uzun müddət Türkiyə Amerika ilə bu məsələni dialoq yolu ilə həll etməyə çalışırdı. Hətta ortaq patrul xidməti də yaradılmışdı. Amma bu, Türkiyəni qane etmirdi. Çünki o, həmin ərazilərdə terrorçuların neytrallaşdırılmasının və bufer zonanın yaradılmasının tərəfdarı olsa da, Amerika bununla razı deyildi”, deyə Elxan Şahinoğlu əlavə edib.

Politoloq əlavə edib ki, bunu Türkiyənin təklənməsi adlandırmaq olmaz, sadəcə, Amerika bu məsələdə yalnış siyasət yürütdü, Türkiyəyə dəstək verməkdənsə, onun düşmənlərinin yanında yer alaraq terrorçularla əməkdaşlıq qurdu. Bu da Türkiyənin maraqlarına toxundu və rəsmi Ankara artıq tək başına hərəkət etmək məcburiyyətindədir. 

"Növbəti dövrdə Türkiyəni nə gözləyir" sualına da cavab verən politoloqun fik, bu ərazilərdə hərbi əməliyyat yenidən başlayacaq: "Amerika ilə fikirləri nə qədər tərs düşsə də, əməliyyat başlamalıdır, çünki orda mütləq bufer zona yaradılmalıdır. Bufer zonası olmasa, Suriya sərhədi hər zaman Türkiyə üçün təhlükə mənbəyi olaraq qalacaq”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Trampın telefon söhbətindən sonra Ağ Ev açıqlama yayıb. Açıqlmada qeyd edilib ki, bundan sonra ABŞ Silahlı Qüvvələri Suriyada Fərat əməliyyatlarını dəstəkləməyəcək və son iki ildə ABŞ-ın İŞİD-dən qoruduğu bölgədə Türkiyə məsuliyyət daşıyacaq. 

Bu qərardan sonra Türkiyənin yaxın vaxtlarda Suriyanın şimalında uzun müddətdir planlaşdırdığı hərbi əməliyyatlara başlayacağı gözlənilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az