ABŞ müqavilə imzalamaq istəyir: Pakistan hava məkanı...

ABŞ müqavilə imzalamaq istəyir: Pakistan hava məkanı...

ABŞ Prezident Administrasiyası Cozef Bayden tezliklə Pakistanla bu ölkənin hava məkanının Əfqanıstanda hərbi və kəşfiyyat əməliyyatları üçün istifadəsi haqqında razılaşma imzalamaq istəyir.

Miq.Az xəbər verir ki, bu məlumatı CNN öz mənbələrinə istinadən yayıb. Məlumata görə, administrasiya amerikalı konqresmenləri dünən keçirilən qapalı iclasda bu barədə xəbərdar edib.

Televiziya Pakistanın müqavilənin imzalanması üçün bir neçə şərt irəli sürüblər. İslamabadın, xüsusilə, öz hava məkanını ABŞ-ın terrorçularla mübarizədə ona dəstək verəcəyi və Hindistanla münasibətləri normallaşdırmağa kömək edəcəyi təqdirdə Vaşinqtonun üzünə açacağı bildirilib.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az