ABŞ Səudiyyə vəliəhdini Kaşıkçının qətlində ittiham etdi

ABŞ Səudiyyə vəliəhdini Kaşıkçının qətlində ittiham etdi
ABŞ senatorları Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd Ben Salmanın jurnalist Camal Kaşıkçının ölümündə birbaşa məsuliyyət daşıdığını bildirən qətnamə qəbul ediblər.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sənəd ABŞ Senatının rəsmi saytında yerləşdirilib.
 
"Səudiyyə hakmiyyətinin jurnalistin ölümü ilə bağlı yalan açıqlamaları Vaşinqtonla Ər-Riyad arasında dostluğa zərbə vurur. Səudiyyə Ərəbistanı hakimiyyətini Kaşıkçının qatillərini taparaq, cəzalandırmağa çağırırıq”- deyə açıqlamada deyilir.
 
Xatırladaq ki, "Washington Post” qəzetinin əməkdaşı Camal Kaşıkçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binasına daxil olmuş və bir daha oradan çıxmamışdı. Jurnalistin öldürülərək cəsədinin gizli yerdə dəfn olunduğu ehtimalı var.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az