ABŞ dövlət katibinin Şərqi Avropa, Qafqaz və regional konfliktlər məsələləri üzrə müavini Erik Rubin Brukinqs İnstitutunda Qarabağ problemindən danışıb.
ABŞ rəsmisi bildirib ki, Qarabağ probleminin dinc yolla həllindən başqa variantı yoxdur.
Erik Rubin münaqişənin başqa yollarla həllini dəhşətli adlandırıb və bu yolu nəzərdən keçirməyi belə məsləhət görməyib.
ABŞ rəsmisinin fikirlərini Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Ölkə.az-a şərh edib.
Araz Əlizadə: "Harada ki, sülh danışıqları ilə məsələnin həll etmək olmaz, ABŞ həmişə bunu danışıqlar yolu ilə həll etməyə çalışır. O yerdə ki, sülh gətirmək lazımdır, insanları dinc yola çəkmək lazımdır, xüsusən də Şərq ölkələrində, ABŞ onların arasına ədavət salır və onları vətəndaş müharibəsinə sövq edir. Belə olan halda ABŞ dövlət katibinin Şərqi Avropa, Qafqaz və regional konfliktlər məsələləri üzrə müavininin Azərbaycana sülh yolu Qarabağ probleminin həll edilməsini tövsiyə etməsi ən azı həyasızlıqdır".
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL