Ağcabədidə DƏHŞƏT: Sərxoş oğul anasını döyərək öldürdü

Ağcabədidə DƏHŞƏT: Sərxoş oğul anasını döyərək öldürdü
Mayın 2-də saat 1 radələrində Ağcabədi rayon sakini Mahirə Azadovanın yaşadığı evdə ölmüş vəziyyətdə aşkar edilməsi barədə Ağcabədi Rayon Polis Şöbəsinə daxil olmuş məlumatla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

DİN-dən Miq.az-a verilən xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Azadovanın həmin gün oğlu, əvvəllər məhkum olunmuş Elman Kərimovla aralarında münaqişə olması, Elmanın sərxoş halda anasını, habelə qardaşı oğlu Bağdan Kərimovu döyməsi müəyyən edilib.

Cinayəti törətməkdə şübhəli bilinən E.Kərimov polis əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az