Adam öldürən gəncə prokuror daha sərt cəza istəyir-EKSKLÜZİV FOTOLAR

Adam öldürən gəncə prokuror daha sərt cəza istəyir-EKSKLÜZİV FOTOLAR

"Kofein" klubunda mafiya oyunu zamanı adam öldürən gəncə prokuror daha sərt cəza istəyir

Bakı Apellyasiya Məhkəməsində Şərur rayon sakini Sadiq Fətullayevın CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Miq.az-ın məlumatına görə, bu il yanvarın 4-də Səbail rayonunun Bülbül prospektindən Füzuli rayon sakini Tural Abbasov  kəsilmiş-deşilmiş xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilib və kəskin qanitirmədən vəfat edib. Hadisə yerinə cəlb olunan polis və prokurorluğ əməkdaşları müəyyən ediblər ki, hadisə səhər saat 6 radələrində "Sahil" metrostansiyasının yaxınlığına fəaliyyət göstərən "Kofein” klubunda baş verib. Həmin gün cinayəti törədən Sadiq Fətullayev Biləsuvar rayonu ərazisində İran İslam Respublikasına keçmək istəyərkən saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin Bakıda, 20-ci sahə, Əzizov küçəsi, 21 ünvanda kirayədə yaşaması məlum olub. 

İstintaqla müəyyən edilib ki, Sadiq Fətullayev yanvarın 4-ü səhər saat 4 radələrində "mafiya oyunu” oynamaq məqsədi ilə tanışı Pərvanə Şirəliyeva ilə birlikdə "Kofein” klubuna gəlib və oyun zalında 7№i kresloda əyləşib. Saat 5:30-da oyun bitdikdən sonra iştirakçıların əksəriyyəti gedib, bir qədər sonra dostları ilə ora, əvvəllər tanıdığı Elvar Məmmədov gəlib.  Tural Sadıqın yanındakı kresloda əyləşərək, sonuncunun ünvanında atmacalar atıb. Bundan hiddətlənən Fətullayev cibindən tiyəsi qatlanan bıçağı çıxararaq Abbasovun sol bud nahiyyəsinə 2 zərbə vurub və hadisə yerindən qaçıb. Yaralanan şəxs - arteriyanın zədələnməsi və ölümlə səbəbli əlaqədə olan xəsarətlə bağlı inkişaf etmiş kəskin xarisi qanitirmə nəticəsində yolda dünyasını dəyişib.

İş üzrə dindirilmiş Sadiq Fətullayev bildirib ki, "mafiya salonuna” 4 nəfər daxil olub, gələnlərdən biri "20-ci sahə” ərazisində kafe işlətdiyi vaxtdan tanıdığı Tural idi. Onun yanında, 6-cı kresloda əyləşən Abbasov bir neçə dəfə təpiklə onun sağ ayağına vurub. Sadiq Turaldan "nə qədər içdiyini” soruşduqda, sonuncu ona nalayiq cabav verib. Bu Fətullayevi hövsələdən çıxarıb, hər ikisi ayağa qalxan kimi Tural sinəsinə yumruq atıb, Sadiq isə bıçaqla ona ağır xəsarətlər yetirib. Kəsici aləti geri çəkərək, klubdan qaçıb, əmisinin evinə gəlib. Ona bir nəfərlə dava etdiyini danışıb, sonra taksi ilə Qaradağ rayonuna, ordan Biləsuvar gömrüyünə gedib. İrana keçməyə cəhd edərkən sərhədçilər onu saxlayaraq, polisə təhvil veriblər. Fətullayev əlavə edib ki, onun Abbasovu öldürmək niyyəti olmayıb,  belə bir fikri olsaydı, həyat üçün təhlükəli olan hissəsindən zərbə vurardı. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrum olunub. 

Hökmdən prokuror protest, məhkum və zərərçəkən tərəf isə apellaysiya şikayətləri veriblər. 


























Miq.Az






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az