Ağdamda 68 yaşlı ağbirçək zorlandı

Ağdamda 68 yaşlı ağbirçək zorlandı

Hadisəni törədən şəxs saxlanılıb

 Ağdamda 68 yaşlı qadına təcavüz edilib. IstiPress-in Qarabağ bürosunun məlumatına görə, qadın  rayonun Zəngişalı kənd sakini 32 yaşlı Xəyal Məmmədov  tərəfindən əl qolu bağlanaraq zorlanıb. Bu barədə Ağdam rayon Poliş Şöbəsinə zərərçəkənin qızı məlumat verib.

Fakt polis tərəfindən araşdırıldıqdan sonra hadisədə təqsirli bilinən Xəyal Məmmədov Ağdam polisi tərəfindən saxlanılıb. Saxlanılan şəxs hadisəni törətdiyini etiraf edib və həmin zaman spirtli içkinin, eləcə də narkotik maddənin təsiri altında olduğunu deyib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda cinayət işi başladılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az