Ağdaş rayonunda zəlzələ zamanı iki qadın özünü binadan aşağı atıb.
Vətəninfo.az-ın APA-ya istinadla xəbərinə görə, iki nəfər özünü yaşadığı evin ikinci mərtəbəsindən atıb, bir nəfər isə qaçarkən pilləkəndən yıxılaraq xəsarət alıb.
Ağdaş Mərkəzi rayon Xəstəxanasının qəbul şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, Ağdaş şəhərinin Müşfiq İsayev küçəsindəki 45 saylı evdə yaşayan, 1986-cı il təvəllüdlü İsmayılova Vəfa Fazil qızı və Ərəbocağı kənd sakini, 1953-cü il təvəllüdlü Hüseynova Səkinə Əmirqulu qızı zəlzələ zamanı qorxu və həyəcandan özünü yaşadığı evin ikinci mərtəbəsindən ataraq ağır kəllə-beyin travması və sınıq xəsarətləri alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər və vəziyyətləri orta-ağır qiymətləndirilir.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”