Ailənin 5 üzvü ağır yaralandı-Avtomobil qəzası

 Ailənin 5 üzvü ağır yaralandı-Avtomobil qəzası
Bakı-Qazax magistralında ağır yol qəzası baş verib 

Bu gecə Bakı-Qazax magistralı avtomobil yolunun Ucar rayonundan keçən hissəsində ağır yol qəzası baş verib.

Miq.az-ın Lent.az-a istinadən məlumatına görə, yolun Müsüslü kəndindən keçən hissəsində "Toyota Carolla" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü ilə yanaşı, həyat yoldaşı, qayınanası və iki övladı ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az