Ağır yol qəzasında 27 yaşlı gənc həlak oldu
FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində "OKA” və "Hyundai” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
FHN-in saytında verilən xəbərə görə, hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun cəsədini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.
Miq.Az