Ankarada Ərdoğan, Putin və Ruhaninin təhlükəsizliyini 4 min polis qoruyacaq

Ankarada Ərdoğan, Putin və Ruhaninin təhlükəsizliyini 4 min polis qoruyacaq
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhanin Ankarada Suriya ilə bağlı keçirəcəkləri görüşün təhlükəsizliyini 4 min polis əməkdaşı təmin edəcək.

Miq.az report-a istinadən xəbər verir ki, Rusiya və İran prezidentlərinin təhlükəsizliyini təmin etmək üçün Esenboğa hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib.
Bildirilib ki, Vladimir Putin və Həsən Ruhaninin qalacaqları mehmanxanalarda geniş təhlükəsizlik tədbirləri görülüb. Onların qalacaqları mehmanxanaların mərtəbələri tamamilə bağlanıb, ziyarət zamanı otelin ətrafı, ora açılan küçə və prospektlərdə qabaqlayıcı tədbirlər görüləcək. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az