Aqil Abbas: “Məmur hərbçi, polisdir ki, yay, qış formasına keçid etsin?”

Aqil Abbas: “Məmur hərbçi, polisdir ki, yay, qış formasına keçid etsin?”



Qırğızıstanın Baş naziri Adilbek Kasımalıyev dövlət qulluqçularına enerjiyə qənaət etmək üçün kostyumlarını çıxararaq köynək geyinməyi tapşırıb. Yeni iş geyimi ilə bağlı sərəncam imzalayıb. Yaponiyada da oxşar təcrübədən istifadə edilir. Yayda, elektrik enerjisi istehlakının yüksək olması əsas gətirilərək onlar işə köynəkdə və qalstuksuz gəlməyə başlayıblar ki, bu da hökumətin milyardlarla vəsait qənaət etməsinə səbəb olduğu bildirilib.

 

Oxşar təcrübənin Azərbaycanda da istifadə olunub-olunmayacağı maraq doğurub.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas verilən qərarın mənasız, yersiz olduğunu bildirib: ""Düşük” bir sərəncamdır. Məmur hərbçi, polisdir ki, yay, qış formasına keçid etsin? Azərbaycanda belə bir şey gözləmirəm. Çünki "düşük” hərəkətdir...”

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az