Araik Moskvaya qaçır, Ruben Vardanyan... – Xankəndidə müharibə təlaşı

Araik Moskvaya qaçır, Ruben Vardanyan... – Xankəndidə müharibə təlaşı

Xankəndidəki separatçı-terrorçu rejimin "rəhbəri” Araik Arutyunyan Qarabağa köçən erməni milyarder Ruben Vardanyana qondarma "dövlət naziri” postunu təklif edib.

Publika.az xəbər verir ki, bu barədə Arutyunyan "Facebook” hesabında yazıb. Bildirib ki, Vardanyanın bu təklifə cavabını gözləyir.

R.Vardanyanın qondarma "dövlət naziri” postunda təmsil olunacağı gözləntisi əvvəldən var idi. Erməni milyarderin Rusiya vətəndaşlığından imtina edərək, sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə köçməsinin məqsədləri də bu gözləntini artırırdı.

Vardanyanın Qarabağa gəlməsində müxtəlif tərəflərin maraqları var.

- Rusiya həm Qarabağda qalan ermənilərin maliyyə təminatını erməni milyarderin üzərinə yükləmək, həm də onun çirkli pulların yuyulması təcrübəsindən burada istifadə etmək niyyətindədir.

- Vardanyanın Qərbdə yaxın əlaqələrə malik olduğu dairələrin də çirkli pulların yuyulmasında müəyyən payı var.

- Erməni diasporu Vardanyana separatçı-terrorçu rejimin "xilaskarı” kimi baxır.

- Vardanyanın özü isə Qərb sanksiyalarından yayınmaq üçün bu missiyaya razılıq verib.

Ona məhz qondarma "dövlət naziri” postu verilməsi də Avropadakı erməni diasporu və müxtəlif dairələrlə bu ad altında əlaqələr qura bilməsidir.

Ermənistan mediası Xankəndində baş verənlərlə bağlı müxtəlif versiyalar irəli sürüb.

"Joxovurd” qəzeti yazır ki, Araik Arutyunyanın məqsədi separatçı rejimi tamamilə Ruben Vardanyana təhvil verərək, Moskvaya köçməkdir.

"Vardanyanın "arsax vətəndaşlığı” da həll olunacaq. Etibarlı mənbələrimiz bildirir ki, Arutyunyanın niyyəti "hakimiyyəti” paket şəkilində Vardanyana təhvil vermək və getməkdir. Lakin bunun üçün Vardanyan özünü doğrultmalıdır. Bir sözlə, Vardanyan sınaq müddətindədir”, - qəzet yazır.

"Hraparak” qəzeti isə yazır ki, Vardanyan Araikin "nazir” postu ilə bağlı təklifinə müsbət cavab verməklə bağlı tərəddüdü var.

"Milyarder şirkətlərində işlərini yeknlaşdırmaq istədiyini deyərək, təklifə hələ cavab verməyib. Lakin əsas səbəb başqadır. Siyasi dairələrdə tezliklə Azərbaycan və Ermənistan arasında genişmiqyaslı müharibənin ola biləcəyi haqda məlumatlar dolaşır, digər tərəfdən, Qarabağdakı "hakimiyyət”in (separatçı-terrorçu rejim) maliyyə məsələləri çox qaranlıqdır. Vardanyan bu məsələlərdən çəkinir və ağır yükün altına girmək istəmir”, - qəzet qeyd edir.

Asif


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az