Arayik üçün Göyçənin sahilində- vaxtilə azərbaycanlıların yaşadığı kənddə villa tikilir...

Arayik üçün Göyçənin sahilində- vaxtilə azərbaycanlıların yaşadığı kənddə villa tikilir...

Xatırladaq ki, Azərbaycan dövləti artıq iki ilə yaxındır ki, Arayik Arutyunyanı ölkəmizə və xalqımıza qarşı törətdiyi cinayətlərə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verib...
 
Göyçə gölü sahilində Arayik Arutyunyan üçün dəbdəbəli malikanə tikilir. 
 
Moderator.az xəbər verir ki, Aravot.am-ın yaydığı məlumata görə, Arayikin malikanəsi Göyçə gölünün sahilində, əsasən Qarabağda qanunsuz  fəaliyyət göstərən "Kapavor" MMC-nin direktorlar şurasının sədri Arman Akopcanyanın tikilməkdə olan evinin yanında inşa edilir.
Arman Akopcanyan  Qarabağdakı separatçı-terrorçu rejimin keçmiş qanunsuz "şəhərsalma" "naziri"nin oğludur.
 
Sayt Arayik Arutyunyanın tikilməkdə olan şəxsi evi ilə bağlı onun mətbuat katibi Lusine Avanesyandan şərh almağa çalışsa da, o, nə zənglərə, nə də yazılı müraciətlərə cavab verib.
 
Malikanələr Gədəbəy rayonu ilə həmsərhəd Geqarkunik vilayətinin Çəmbərək rayonu Şorça icmasının Draxtik kəndinin inzibati ərazisində - "Sevan" (Göyçə-S.L.) milli parkına məxsus torpaq sahəsində tikilir... Qeyd edək ki, həmin kənddə 1988-1989-cu illərə qədər Azərbaycan türkləri yaşayıb...
 
Xatırladaq ki, Azərbaycan dövləti artıq iki ilə yaxındır ki, Arayik Arutyunyanı ölkəmizə və xalqımıza qarşı törətdiyi cinayətlərə görə İnterpol xətti ilə beynəlxalq axtarışa verib...
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az