Şəmkir rayonunun Qapanlı kəndində bıçaqlanma hadisəsi baş verib.
Vizual.az Kəpəz TV-yə istinadən xəbər verir ki, kənd sakini Mövlan Məmmədov qonşusu Elnur Xəlilovu bıçaqla ölümcül yaralayıb. Səbəb isə Elnur Xəlilovun qonşusunun həyat yoldaşı ilə vaxtaşırı zəngləşməsi olub.
22 yaşlı Elnur Xəlilov noyabr ayının 9-u axşam saatlarında üzərində bıçaq yaraları olan xəsarətlərlə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlər dərhal əməliyyat otağına götürülən yaralının üzərində 4 bıçaq zərbəsi aşkarlayıb. Görülən təcili və təxirəsalınmaz tibbi yardımdan sonra Elnur Xəlilov həyati təhlükədən xilas olub. Hazırda vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xəlilovu bıçaqlamaqda şübhəli bilinən qonşusu 28 yaşlı Mövlan Məmmədov saxlanılıb. Şöbədə dindirilən Məmmədov cinayəti törətdiyini etiraf edib. O bildirib ki, Elnur Xəlilovu həyat yoldaşı ilə vaxtaşırı zəngləşdiyi üçün bıçaqlayıb:
"Arvadımın telefonunu yoxladım, onun nömrəsi çıxdı. Zəng elədim ona, mübahisəmiz yarandı. Onlar bizim evə hucuma gəldilər. Əvvəlcə atası və anası, sonra isə özü gəldi. O, mənim anamı vurdu, aşırtdı. Mən də cibimdən bıçağı çıxarıb, üzünə, sinəsinə vurdum”.
İki uşaq atası olan Məmmədov əməlindən peşman olmadığını bildirib.
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq aparılır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat