Ağsu dağlarında baş verən yanğın söndürülüb
Ağsu rayonunda dağlıq ərazidə baş
verən yanğın hadisəsinin qarşısı alınıb.
Vətəninfo.az-ın APA-ya istinadən verdiyi
xəbərə görə, yanğın sentyabrın 4-də gecə saat 23:30 radələrində Ağsu
şəhərinin şimalındakı dağlıq ərazidə başlayıb. Yanğın kol-kos və xırda
ağaclar olan ərazini əhatə edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Ağsu Dövlət
Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
Yanğın qısa müddətdə geniş ərazini əhatə etdiyi üçün və alovun
yaxınlıqdakı sıx meşəyə keçməsi təhlükəsi yarandığı üçün əraziyə kömək
üçün Kürdəmir və Şamaxı yanğınsöndürənləri də cəlb olunub. Dağlıq
ərazidə havanın və küləkli olması alovun qarşısını almaq işini
çətinləşdirib. Yanğın gecə saat 2:00 radələrində tam söndürülüb.
Ümumilikdə 2.5 hektar ərazidə kol-kos və xırda ağaclar yanıb. Hadisənin
hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
FHN-in yaydığı məlumatda bildirilir ki, Ağsu rayonunda dağlıq
ərazidə 2.5 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı meşə zolağı yanğından
mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən
söndürülüb.