Ağsu rayon sakini II qrup əlil Əfəndiyev Vəfadar ötən gecə rayonda bir neçə polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı "Qafqazinfo”ya müraciət edib.
Onun sözlərinə görə, dünən axşam saatlarında rayonun Üzeyir Hacıbəyov küçəsində qardaşı bir nəfərlə mübahisə edirmiş: "Bu zaman polis əməkdaşları qardaşımı bölməyə aparmaq istədilər. Mən də dedim ki, niyə qardaşımı sürüyə-sürüyə aparırsınız? Bunu deyən kimi Cavid, Telman, Kamal, Rüstəm adlı polislər üstumə hücum çəkdilər. Dedilər ki, səni də bölməyə aparırıq. Bu zaman üzərlərində olan kəsici-deşici alətlərlə məni yaralayıb döydülər. Bədənimdə çoxsaylı yara izləri var. Camaat hadisəyə müdaxilə edərək məni polislərin əlindən zorla aldı. Gecəni xəstəxanada keçirmişəm. Bu gün Ağsu rayon prokurorluğuna müraciət etmişəm, məni Şamaxıya ekspertizaya göndərirlər.
Ağsu rayon polis bölməsinin rəis müavini Sübhi müəllim deyir ki, şikayətinizdən əl çəkməsəz, sizi narkotiklə şərlədib tutacağam. Atama deyib ki, oğlanlarına polisə müqavimət maddəsini qoyacaq. Mən bu işdən əl çəkən deyiləm. Həmin harınlamış polislər günahsız yerə II qrup əlili döyüblər. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa da hadisə ilə bağlı müraciət etmişik”.

Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat