Ata övladlarına 2,5 ton pul mirası qoydu

Ata övladlarına 2,5 ton pul mirası qoydu

Almaniyanın Bremerferde şəhərinin sakini ölümündən sonra övladlarına qoyduğu mirasla məşhurlaşıb.

Miq.Az bizimyol.info-ya istinadən xəbər verir ki, ömrü boyu yük maşınında sürücü işləmiş ata uşaqlarına 2,5 ton ağırlığında qəpik pul miras qoyub. Bütün qəpikləri banka daşımaq üçün yük maşını lazım gəlib. Bütün monetlər 1 və ya 2 pfenniq nominalında olub. Bu valyuta 2002-ci ildə tədavüldən qalxıb. Ata bu pulları 30 il ərzində toplayıb. Banka gətirilən bu qəpiklərin sayılması bir bank işçisinə  tapşırılıb, o hər gün pulu saymaq üçün 1 saat vaxt sərf edib və yarım il ərzində bu prosesi baş çatdırıb. Atalarından övladlarına 8 min avro miras qalıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az