Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi bu qurumun Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun parlament seçkiləri ilə bağlı
qərarına aid açıqlama yayıb.
Açıqlamada qeyd olunub
ki, "ATƏT-in parlament seçkiləri ilə bağlı müşahidə missiyasını
göndərməkdən imtina etməsi bu strukturun öz mandatını ciddi şəkildə
pozması deməkdir”.
"Azərbaycan
hökuməti, ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirərək seçkiləri
müşahidə etmək üçün DTİHB-yə dəvət göndərib. Lakin ATƏT DTİHB
qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayına dair Azərbaycan
tərəfinin hazırladığı təklifləri qəbul etməyib.
Təəssüf ki, bu qurum Azərbaycan tərəfi ilə suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirakdan imtina edib. Bu
cür mövqe həm ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına, həm də
ATƏT-in dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan ruhuna ziddir”
deyə bildirilib.
Açıqlamada qeyd edilib ki,
ATƏT DTİHB-nin müşahidə missiyasının seçkiləri izləyib-izləməməsindən
asılı olmayaraq, Azərbaycan xalqı öz iradəsini şəffaf və açıq şəkildə
ortaya qoyacaq. Qeyd edək ki, ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) noyabrın 1-də Azərbaycanda
keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyi barədə məlumat
yayıb. Həmin institutun direktoru Maykl Corc Link deyib ki, rəsmi
Bakının irəli sürdüyü şərtlərlə razılaşmadıqlarından belə qərar qəbul
edilib.
Linkin sözlərinə görə, Azərbaycan tərəfdən dəvət aldıqdan sonra DTİHB ölkəyə ehtiyacları qiymətləndirmə missiyası göndərib. Missiya seçkilərə 30 uzunmüddətli və 350 nəfərlik qısamüddətli müşahidə missiyası göndərməyi tövsiyə edib.
Lakin avqustun 31-də Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi isə ölkənin 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçi qəbul etməyə hazır olduğunu bildirib. Bundan sonra ATƏT müşahidə missiyasının göndərilməsi qərarının ləğvi barədə qərar qəbul edib. (APA) "Azərbaycan
hökuməti, ATƏT qarşısındakı öhdəliklərini yerinə yetirərək seçkiləri
müşahidə etmək üçün DTİHB-yə dəvət göndərib. Lakin ATƏT DTİHB
qısamüddətli və uzunmüddətli müşahidəçilərin sayına dair Azərbaycan
tərəfinin hazırladığı təklifləri qəbul etməyib.
Təəssüf ki, bu qurum Azərbaycan tərəfi ilə suallar doğuran məsələlərlə bağlı məsləhətləşmələrdə iştirakdan imtina edib. Bu
cür mövqe həm ATƏT-ə üzv olan dövlətin suveren hüquqlarına, həm də
ATƏT-in dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanan ruhuna ziddir”
deyə bildirilib.
Açıqlamada qeyd edilib ki,
ATƏT DTİHB-nin müşahidə missiyasının seçkiləri izləyib-izləməməsindən
asılı olmayaraq, Azərbaycan xalqı öz iradəsini şəffaf və açıq şəkildə
ortaya qoyacaq. Qeyd edək ki, ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) noyabrın 1-də Azərbaycanda
keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyi barədə məlumat
yayıb. Həmin institutun direktoru Maykl Corc Link deyib ki, rəsmi
Bakının irəli sürdüyü şərtlərlə razılaşmadıqlarından belə qərar qəbul
edilib.
Linkin sözlərinə görə, Azərbaycan tərəfdən dəvət aldıqdan sonra DTİHB ölkəyə ehtiyacları qiymətləndirmə missiyası göndərib. Missiya seçkilərə 30 uzunmüddətli və 350 nəfərlik qısamüddətli müşahidə missiyası göndərməyi tövsiyə edib.
Lakin avqustun 31-də Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyi isə ölkənin 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçi qəbul etməyə hazır olduğunu bildirib. Bundan sonra ATƏT müşahidə missiyasının göndərilməsi qərarının ləğvi barədə qərar qəbul edib. (APA)