Avropa hərəkətə keçdi: Türkiyə bu ölkədən çıxarılır

Avropa hərəkətə keçdi: Türkiyə bu ölkədən çıxarılır

Avropa Birliyi (AB) Liviyada Türkiyəyə qarşı hərəkətə keçməyə hazırlaşır.

Miq.Az xəbər verir ki, bu barədə "EUobserver” nəşri məlumat yayıb.

İttifaq Türkiyənin regionda təsir qüvvəsini zəiflətmək üçün Liviyaya quru qoşunları və aviasiya qüvvələri göndərməyi planlaşdırır.

Türk ekspertlərin fikrincə, Qərb Türkiyənin Liviyadakı hərbi bazalarının ləğvi üçün Ankaraya təzyiq etməyi düşünür:

"Türkiyəni Liviyadan çıxarmaq istəyən Avropa bu ölkəni idarə edəcəyini düşünür. AB bunu Liviyanın qanuni hökuməti vasitəsilə etmək istəyir. Çünki Türkiyənin Liviyada güclü olmasının səbəbi bu ölkənin qanuni hökuməti ilə hərəkət etməsidir. Brüssel də bunun fərqindədir”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az