“Avropada belə Azərbaycandakı qədər azad seçki keçirilməyib”
"Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün vahid sistem formalaşdırılıb".
"Yeni Sabah" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib. O bildirib ki, Avropada belə Azərbaycandakı qədər azad və ədalətli seçki keçirilməyib:
"Hansı ölkəyə nəzər salsaq, xüsusilə Avropada belə Azərbaycandakı qədər azad və ədalətli seçki keçirilməyib. Azad seçkilərin təmin olunması üçün seçki məcəlləsi formalaşdırılıb. Bu, bir çox ölkələrdə mövcud deyil”.
Deputat qeyd edib ki, Azərbaycanda seçki prosesinin şəffaflığının artırılması istiqamətində də yeniliklər tətbiq olunub:
"Dünyada ilk dəfə olaraq seçkiləri izləmək üçün vebkameralar yerləşdirilib. Azərbaycana gələn xarici müşahidəçilər də bu təcrübəni öz ölkələrinə aparırlar. Azərbaycan bu sahədə bir çox ölkələri qabaqlayıb”.