Axır ki, İrəvanla tək qaldıq... – Keçmiş nazirdən sensasion təklif

Axır ki, İrəvanla tək qaldıq... – Keçmiş nazirdən sensasion təklif

Axır ki, tək qaldıq - Ermənistan, Azərbaycan və koronavirus. Bir həftə öncə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi, regionda yeganə dəstək strukturuna rəhbərlik edən Kasprşik özünü prosesdən kənarlaşdırdı. KTMT, NATO, AB və MDB ölkələri sərhədləri bağlayıb, bütün ünsiyyətləri bir-biri ilə dayandırdı...

Axar.az xəbər verir ki. bu sözləri sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib. O bildirib ki, Amerika maliyyə ekspertləri koronavirus səbəbindən iqtisadiyyatın 30 faiz azalacağını güman edirlər:

"Nə demək istəyirəm? Cavab sadədir. Pandemiyadan əvvəlki bildiyimiz beynəlxalq münasibətlər sistemi çökdü. Böhran bitdikdən sonra hər şeyin əvvəlki kimi olacağına inam yoxdur. Buna görə reallıq odur ki, Ermənistan-Azərbaycan münaqişəsində vəziyyətə təsir edən iki oyunçu var: Ermənistan və Azərbaycan.

Düşünürəm ki, bir, ya iki həftədən sonra Azərbaycan Ermənistana bu sualı verə bilər: Qoşunlarınızı işğal olunmuş Azərbaycan torpaqlarından neçə günə çıxarırsınız?”

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az