Axtarışda olan Azərbaycan vətəndaşı hava limanında saxlanılıb

Axtarışda olan Azərbaycan vətəndaşı hava limanında saxlanılıb
Ukrayna Dövlət Sərhəd Xidmətinin əməkdaşları "İnterpol” tərəfindən qətl və soyğunçuluğa görə axtarışda olan Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə "Report” "İnterfaks-Ukrayina” agentliyinə istinadən xəbər verir.
"Dünən Xarkov-Antalya reysinin sərnişinlərinin qeydiyyatı zamanı Azərbaycan vətəndaşının adı "İnterpol” məlumat bazasında çıxıb. Otuz yeddi yaşlı kişi qətl və soyğunçuluğa görə beynəlxalq axtarışda olub”, – Ukrayna Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Tutulan şəxs Ukrayna Milli Polisinin nümayəndələrinə təhvil verilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az