Cavid Qurbanovun işçisi tutuldu, özü bixəbərdir

Cavid Qurbanovun işçisi tutuldu, özü bixəbərdir

"Azərbaycan Dəmir Yolları” QSC-nin vəzifəli əməkdaşı tutulub.

QSC-nin Yol Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri, 53 yaşlı Emin Rzayev çalışdığı şöbəyə məxsus 50 kiloqrama yaxın kimyəvi təmizləyici vasitəni qeyri-qanuni şəkildə satan zaman polis əməkdaşları tərəfindən saxlanılıb.

Məsələyə münasibət bildirən "Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az-a açıqlamasında Emin Rzayevin həbsindən xəbərsiz olduqlarını deyib.

"Düzdür "Azərbaycan Dəmir Yolları” QSC-nin Emin Rzayev adlı əməkdaşı var. Amma onun saxlanılması və ya həbsi ilə bağlı bizdə heç məlumat yoxdur”,-deyə N.Əzməmmədov bildirib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az