Azərbaycan elə mövqe tutub ki, bircə saata... – Şahnazaryan

Azərbaycan elə mövqe tutub ki, bircə saata... – Şahnazaryan

Ekspert və mütəxəssislər Azərbaycanın daha geniş hədəfləri olduğunu çəkinmədən xalqa çatdırmalıdır.

Miq.Az xəbər verir ki, bu sözləri erməni politoloq Qrant Melik-Şahnazaryan deyib.

Erməni ekspertin sözlərinə görə, Azərbaycan uzunvədəli layihələr icra etdiyi üçün Zəngəzur (Sünik) məsələsinə ayrı problem kimi yanaşmaq doğru olmazdı:

"Azərbaycan hərbi qüvvələri Göyçə mahalında (Geqarqunik) elə mövqelərə nəzarət edirlər ki, oradan bir və ya bir neçə saat ərzində Səlim aşırımına keçib Zəngəzurla (Sünik) Ermənistanın əlaqəsini kəsə bilərlər. Bu, həqiqətən də böyük problemdir”.

O, erməni xalqının müharibənin nəticələri ilə "barışmadığını” da hər yerdə dilə gətirmək lazım olduğunu iddia edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az