Azərbaycan tərəfi sentyabrın 7-də Fransanın "France 2” telekanalında yayımlanan və ölkəmizə qarşı böhtan xarakteri daşıyan "Cash Investigation" verilişinin nümayişindən sonra bu telekanala qarşı iddiqa qaldırmaq niyyətindədir.
Vətəninfo.az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə vəkil Olivye Pardo xəbər verib. Məlumatı "France-Presse” agentliyi yayıb.
Azərbaycan rəhbərliyi adından çıxış edən fransız vəkil Olivye Pardo bəyan edib ki, jurnalistlər Eliz Lyuse və Loran Rişar proqram ərzində Azərbaycanın ünvanına əsassız, sübutlara söykənməyən mövqedən çıxış ediblər.
Qeyd edək ki, sentyabrın 7-də "France 2” telekanalında "Cash Investigation” həftəlik araşdırma proqramı çərçivəsində Azərbaycanla bağlı sujet yayımlanmış və bu proqram ərzində Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilərək birtərəfli, böhtan xarakterli məlumatlar səsləndirilmişdir.
Vəkil qeyd edib ki, Azərbaycan bu hadisəyə dözmək niyyətində deyil və ona şər atanları məhkəməyə verəcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL