Azərbaycanın Ordu Günü ilə bağlı qeyri-adi layihə hazırlanıb. Bu, bir
gün Azərbaycan əsgərinin Qarabağa dönəcəyini göstərən xüsusi qısa
animasiya filmidir.
Animasiya filmində göstərilir ki, Qarabağa yenidən Azərbaycanın üçrəngli
bayrağı taxılandan sonra oralar necə dəyişəcək, hazırda peyk
çəkilişlərində xarabalığı andıran yerlər necə bərpa olunacaq...
Azərbaycan əsgərinə ithaf olunan animasiya filmi AzVision.az saytı,
`Gələcəyə Baxış` İctimai Birliyi və Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
birgə layihəsidir.