Azərbaycanda ağır cinayətlər törədən 138 kriminal qrup zərərsizləşdirilib

Azərbaycanda ağır cinayətlər törədən 138 kriminal qrup zərərsizləşdirilib
2017-ci ilin birinci yarısında (yanvar-iyun) mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törədən 138 kriminal qrup zərərsizləşdirilib.

Qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. 
Bu barədə Daxili İşlər Nazirliyindən Modern.az-a məlumat verilib.
Bildirilib  ki, qeyri-leqal dövriyyədən 603,3 kiloqram narkotik vasitə çıxarılıb. Bu əməllərə görə 34 cinayətkar qrup zərərsizləşdirilib, 1302 şəxs məsuliyyətə cəlb olunub. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az