AZƏRBAYCANDA DƏHŞƏT: polis 3 yaşlı uşağın ölümünə səbəb oldu

AZƏRBAYCANDA DƏHŞƏT: polis 3 yaşlı uşağın ölümünə səbəb oldu

Bərdə rayonunda faciəvi hadisə baş verib.

Miq.Az lent.az-a istinadən xəbər verir ki, rayonun Mustafaağalı kəndində Yevlax Xətt Polis Şöbəsinin əməkdaşı Çingiz Quluzadə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə 2014-cü il təvəllüdlü Mehrac Həsənzadəni vurub. 3 yaşlı uşaq aldığı xəsarətlərdən hadisə yerindəcə vəfat edib.

Bildirilir ki, ölən uşaq hadisəni törədən polisin uzaq qohumu olub. Ç.Quluzadə həmin kənddə yaşayır və kənddaxili yolda azyaşlının avtomobilin qarşısına çıxması zamanı qəzadan yayına bilməyib.
 
Faktla bağlı araşdırma aparılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az