Azərbaycanda dəhşət yaşandı - Kişi bütün ailəsini qətlə yetirdi
57 yaşlı kişi arvadını və iki övladını öldürüb
Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib. Miq.Az-ın "Report”a istinadla verdiyi məlumata görə, hadisə şəhərin ərazisində baş verib.
Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürüb.
Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.
Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəlib.
Miq.Az