Nazirlər Kabineti "Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmi”nin təsdiq edilməsi barədə” 2009-cu il 12 oktyabr tarixli qərarında dəyişiklik edib.
VİZUAL.az xəbər verir ki, bu mexanizm Avropa Qonşuluq Siyasəti çərçivəsində həyata keçirilən proqramlar üzrə Avropa Komissiyası tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürüləcək vəsaitlərin istifadə mexanizmini müəyyən edir.
Dəyişiklik "Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyası”nın adının dəyişdirilərək "Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyası” adlandırılmasını özündə ehtiva edir. Başqa sözlə, indiyə qədər İqtisadiyyat və Sənaye Nazirliyi benefisiar təşkilatlardan alınan hesabatları icmallaşdırıb və rübdə bir dəfə (növbəti rübün birinci ayının 30-na qədər) Azərbaycan Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasına təqdim edib. Dəyişikliyə əsasən bundan sonra İqtisadiyyat və Sənaye Nazirliyi benefisiar təşkilatlardan alınan hesabatları icmallaşdıracaq və rübdə bir dəfə (növbəti rübün birinci ayının 30-na qədər) Azərbaycan Respublikasının Avropa İttifaqı ilə əməkdaşlığı üzrə Dövlət Komissiyasına təqdim edəcək.|APA
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL