Azərbaycanda qətl törətmiş şəxs məhkəmədən qaçdı - FOTO

 Azərbaycanda qətl törətmiş şəxs məhkəmədən qaçdı - FOTO
Şəmkir rayon Məhkəməsində insident baş verib.
 
Lent.az xəbər verir ki, bu ilin yanvarında Şəmkir rayonu ərazisində Gəncə şəhər sakini olan taksi sürücüsü, 59 yaşlı Namiq Babayevi quldurluq zəminində qətlə yetirən 21 yaşlı Eşqin Murtuzov dünən Şəmkir rayon Məhkəməsindən qaçıb. N.Babayevin həyat yoldaşı Şəfəq Babayeva bildirib ki, dünən E.Murtuzov istintaq müddəti üçün barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə bağlı Gəncə İstintaq Təcridxanasından Şəmkir rayon Məhkəməsinə gətirilib. Məhkəmənin koridorunda nəzarətsiz qalan məhbus tez pəncərə istiqamətindən qaçıb.
 
Şəfəq Bayaeva iddia edib ki, E.Murtuzov qaçma planını əvvəlcədən hazırlayıb və ona kömək edənlər olub.
 
Hazırda onun tutulması istiqamətində iş aparılır.
 
Qeyd edək ki, bu il yanvarın 11-də Şəmkir rayon Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü Eşqin Murtuzov Gəncədə taksiyə minib və maşınla Şəmkirə gəlib. Burada o, sürücü Gəncə şəhər sakini, 4 uşaq atası olan 1958-ci il təvəllüdlü Bayaev Namiq Əli oğlunu bıçaqlayaraq maşının əlində alıb. Daha sonra avtomobili dəyər-dəyməzinə satan E.Murtuzov cinayətdən 5 gün sonra tutulub. N.Babayev isə qan içində Şəmkirdəki yanacaqdoldurma məntəqəsinə gələndən sonra xəstəxanaya yerləşdirilib və 3 gün sonra vəfat edib. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az