"Zəhərli ur (el arasında "zəhərli zob" adlanır) xəstəliyi özünü daha çox arıqlamaq, ürək döyüntüləri, tərləmə, əsəbilik, səbirsizlik, bəzən dəridə nəm hissiyyatının olması kimi hallarla göstərir". Vətəninfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin uzman doktoru, mərkəzin Tiroid Xəstələri Uzmanı və Radionuklid Terapiya şöbəsinin müdiri Anar Əliyev deyib.
A.Əliyev xəstəliyin müasir üsulla müalicəsindən də danışıb. Onun sözlərinə görə, zəhərli ur xəstəliyinin üç vasitə ilə müalicəsi var: "Zəhərli ur xəstəliyinin müalicəsi klassik dərman müalicəsi, cərahiyyə əməliyyatı və atom müalicəsi deyilən radioaktiv yod müalicəsidir ki, buna "qansız tiroid cərahiyyəsi" deyirlər. İldə 400-500 ur xəstəliyi olan insanı bu cür müalicə edirik. Yarım stəkan suya radioaktiv yodu qatıb xəstəyə veririk. Bundan sona qalxanabənzər vəzin uru əriyir, balacalaşır, artıq zəhər buraxmır və xəstə sağalır. Xəstə əməliyyat olunmur. Nə boynunda çapıq olur, nə də ömrü boyu zəhərli zoba qarşı dərman içməyə ehtiyacı qalır".
Şöbə müdiri bildirib ki, artıq Azərbaycanda da bu effektiv müalicə üsulu yayılmağa başlayıb.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”