Azərbaycanlı fəhlələri daşıyan lift 12 metrlik yüksəklikdən yerə çırpılıb

Azərbaycanlı fəhlələri daşıyan lift 12 metrlik yüksəklikdən yerə çırpılıb
Rusiyanın Voloqda vilayətinin Çerepovets şəhərində yük lifti 12 metrlik yüksəklikdən yerə çırpılıb

Bildirildiyinə görə, liftdə olan 6 fəhlədən bəziləri Azərbaycan vətəndaşları olub.
Virtualaz.org "Vesti”yə istinadən xəbər verir ki, ağır xəsarət alanlar fəhlələr xəstəxanaya çatdırılıb.
Fəhlələr liftlə metal lövhələri daşıyırmışlar. 47 yaşlı Familin onurğa sütunu sınıb. Faciədə o, özünü günahlandırır – texniki təhlükəsizlik qaydalarını pozub.
Qeyd olunur ki, lift insanları sdaşımaq üçün nəzərdə tutulmayıbmış.
Hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırırlar.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az