Azərbaycanlı iş adamı terror ittihamı ilə həbs olundu — Krımda

Azərbaycanlı iş adamı terror ittihamı ilə həbs olundu — Krımda
Azərbaycanlı iş adamı Emil Yunus oğlu Çemodanov Krımda dini zəmində terrorçuluq ittihamı ilə saxlanılıb.

Miq.az  xəbər verir ki, iş adamının yaxınlarının APA-ya verdiyi məlumata görə, E. Çemodanovla bağlı Simferopol məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib.

İttihama görə, E. Çemodanov dini radikal qruplaşma ilə əlaqədə olub və terror aktının hazırlanmasında iştirak edib.

Əslən Azərbaycanın Xaçmaz rayonundan olan E. Çemodanov 1978-ci ildə Krımda doğulub.

O, Krımda sahibkarlıqla məşğul olub.
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az