Azərbaycanlı iş adamı Türkiyədə GÜLLƏLƏNDİ- Sürücüsü öldü

Azərbaycanlı iş adamı Türkiyədə GÜLLƏLƏNDİ- Sürücüsü öldü

Türkiyədə avtomobilə silahlı basqın - Azərbaycanlı iş adamı ağır yaralandı, sürücüsü öldü

Türkiyədə avtomobilə silahlı basqın - Azərbaycanlı iş adamı ağır yaralandı, sürücüsü öldü

İstanbulun Beşiktaşdakı otellərinin birində avtoparklanmadan çıxan Azərbaycan dövlət nömrə nişanlı avtomobil Saray Caddəsi üzərindən naməlum şəxslər tərəfindən atəşə tutulub.

Aznews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, silahlı basqın zamanı azərbaycanlı iş adamı Rövşən Əliyev və sürücüsü ağır yaralanıb. Xəstəxanaya çatdırılan şəxslərdən sürücü orada ölüb. Əldə edilən ilkin məlumata görə Barbaros Bulvarı Caddəsindəki bir oteldə işlə bağlı bir toplantı keçirdikdən sonra 90 ND 011 nömrə nişanlı avtomobiliylə oradan ayrılan azərbaycanlı iş adamı otelin qarşısında 2 nəfər tərəfindən silahlı basqına məruz qalıb.

Hadisə yerindən avtomatik silah və iki tapança götürülüb. Polislər basqın edən şəxslərin kimliyini araşdırır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az