Azərbaycanlı kriminal avtoritet saxlanıldı - Xüsusi əməliyyat - VİDEO

Azərbaycanlı kriminal avtoritet saxlanıldı - Xüsusi əməliyyat - VİDEO
Tiflisdə keçirilən xüsusi əməliyyat nəticəsində fırıldaqçılıqda ittiham olunan azərbaycanlı kriminal avtoritet saxlanılıb.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılan avtoritet Gəncə şəhərindəndir. 
DİN əməkdaşları avtoriteti ötən gün yaxalasalar da, hadisə barədə bu gün məlumat yayılıb. 
Məlum olub ki, saxlanılan azərbaycanlı Elçin gürcü "həmkarı" ilə birgə B.M adlı şəxsi ölümlə hədələyərək ondan 2 min dollar istəyiblər. Hüquq-mühafizə orqanları həmin şəxsləri qurbanın tələb olunan pulu verməsindən əvvəl ələ keçirə biliblər. 
Belə ki, məkana əvvəlcədən yerləşdirilən video kamera vasitəsilə baş verənlər çəkilib. Videodan da göründüyü kimi, azərbaycanlı Gəncədən olduğunu "Malış krıtnıy" ləqəbi ilə tanındığını, həmçinin "böyük vor ailəsinin oğlu" olduğunu bildirir. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az