Azərbaycanlı tələbə birgə yaşadığı qadını qətlə yetirib

Azərbaycanlı tələbə birgə yaşadığı qadını qətlə yetirib
Ukrayna paytaxtı Kiyevdə azərbaycanlı qeyri-rəsmi nikah münasibətlərində yaşadığı qadını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.

Ukrayna Milli Polis Təşkilatının mətbuat xidmətindən "Report”un Ukrayna bürosuna verilən məlumata görə, həmin şəxsin özü hadisə yerinə polis çağırıb və cinayəti törətdiyini etiraf edib.
Məlumata görə, oktybarın 10-də gecə saat 2 radələrində naməlum şəxs polis şöbəsinə zəng edərək qeyri-rəsmi nikah münasibətlərində yaşadığı qadını öldürdüyünü bildirib. Polis əməkdaşları hadisə yerinə gələn zaman mənzildə cinayəti törətdiyini etiraf edən 23 yaşlı kişi olub. O, təxminən iki il bir yerdə yaşadığı qadınla mabahisə etdikdən sonra ona bir neçə bıçaq zərbəsi vurduğunu bildirib. Ekspertlər qətlə yetirilən 22 yaşlı qadının bədəninin müxtəlif yerlərində, xüsusən də boğaz və qarın nahiyələrində bıçaq yaraları aşkar edib.
Saxlanılan şəxsin Kiyevdəki universitetlərin birinin sonuncu kursunda oxuduğu və başqa dövlətin vətəndaşı olduğu məlum olub. O, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib.
Qeyd edək ki, daha əvvəl Ukrayna KİV-i Kiyevdə azərbaycanlının qadını öldürməsi barədə xəbər yaymışdı.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az