“Azərişıq” ASC işçilərini istismar edir" - Şikayət

“Azərişıq” ASC işçilərini istismar edir

""Azərişıq" ASC işçilərini istismar edir"
 
Qurumun Novxanı, Mehdiabad, Digah yaşayış massivlərində elektrik sayğaclarının dəyişdirilməsi işlərini görən işçi heyəti baxımsız vəziyyətdədir. 
 
Bu barədə "qlobal.az"a verilən məlumatda deyilir. 
 
Belə ki, "Azərişıq” ASC sözügedən ərazilərdə bir neçə müddətdir ki, istismar müddəti keçmiş sayğacların dəyişdirilməsi prosesini həyata keçirir. 
 
Lakin bu işləri görən elektrik və mühəndislərə dövlət qurumu transport xidməti vermir. Maaşlarının azlığından şikayətçi olan işçilər ərazilərə öz ciblərindən xərc çəkərək gedirlər. 
 
"Dəfələrlə rəhbərliyə bizə ərazilərə getmək üçü avtomobil ayrılması barədə xahiş etmişik. Lakin rəhbərlik müraciətimizə əhəmiyyət verməyib. Hər gün tezdən işə gəlib yeni sayğacları torbalara yığıb marşrut avtobuslarına minib ərazilərə yollanırıq. Gün günorta olanda gedib əraziyə çatırıq. Gün ərzində zorla 10 dənə sayğac dəyişirik. Rəhbərlik isə bizə zəif işlədiyimizi, günü yola verdiyimizi deyir. Bizim bildiyimizə görə dövlət bu iş üçün bizə əlavə vəsait ödəyir. Amma bu vəsaitlərin hara xərcləndiyini bilmirik", -deyə şikayətdə qeyd edilir.
 
"Azərişıq” ASC iddialara münasibət bildirmədi.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az