Bu ilin fevral ayında prezident İlham Əliyevin sərəncamı ilə "Azəryolservis” ASC-nin sədri vəzifəsindən azad edilən Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər təyin olundu.
Bundan sonra isə nəqliyyat naziri Ziya Məmmədov 10 fevral 2015-ci il tarixdə Saleh Ərşad oğlu Məmmədovun "Azəryolservis" ASC-nin sədri vəzifəsinə müvəqqəti təyinatı haqqında əmr imzaladı.
Göründüyü kimi "Azəryolservis”də rəhbərlik hələ ki, müvəqqəti xarakter daşıyır. Yalnız Prezidentin xüsusi sərəncamından sonra bu dövlət qurumuna sədr təyin olunacaq.
Vətəninfo.az-ın xəbərinə görə, yolların təmir-tikinti işləri ilə məşğul olan dövlət qurumuna kimin rəhbərlik edəcəyi sual altında olsa da, məsələ ilə bağlı Modern.az saytına yeni məlumat daxil olub.
Məlumata görə, "Azəraqrartikinti” ASC-nin sədri, deputat Ağalar Vəliyev bu vəzifəyə gətiriləcək. Hətta Ağalar Vəliyev yaxın ətrafına bildirib ki, o, bu vəzifəyə təyin olunmasına razılıq verəcək. Ancaq nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi altında işləmək niyətində deyil.
Mənbə bildirir ki, Ağalar Vəliyev Ziya Məmmədovun tabeliyi altında "Azəryolservis”ə getmək istəmir. Ona bildirilib ki, "Azəryolservis”ə rəhbər təyin olunanda nəqliyyat naziri Ziya Məmmədov olmayacaq.
Məhz buna görə də, Saleh Məmmədovun "Azəryolservis”ə sədr təyinatı gerçəkləşmir.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”