AzFEN-nin işçisi özunu asıb-İntihar hadisəsi
Dünən intihar hadisəsi qeydə alınıb.
Miq.az elchi.az saytına istinadən bildirir ki, fevralın 29-da AZFEN İstehsalat birliyinin işçilərindən bir nəfəri Şahdəniz – 2 layihəsinin inşaat sahəsində intihara cəhd edib. Özünü asan şəxsi iş yoldaşları xilas edib. Mənbənin bildirdiyinə görə özünəqəsdin səbəbləri bilinmir. Vətəndaşin işdə problemlərinin olmadığı söylənilsə də, qəsdin ailədaxili problemlərdən qaynaqlandığı güman olunur.
Xatirladaq ki, intiharin həyata keçirildiyi ("Sanqaçal terminalı”) ərazi 24 saat ərzində BP-nin güclü mühafizə və nəzarəti altındadır.
Miq.az