Bağdadda növbəti dəfə terror aktı törədildi

Bağdadda növbəti dəfə terror aktı törədildi
Bağdadın bir neçə rayonunda törədilmiş silsilə partlayışlar nəticəsində 10  nəfər ölüb, 27 nəfər yaralanıb.

"Anadolu” agentliyi xəbər verir ki, Əl-Mədayin rayonunda baş verən partlayışda 5 nəfər ölüb, 20 nəfər yaralanıb, Əl-Yusufiyyə bölgəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daha iki nəfər Bağdadın digər ərazilərində baş verən terror aktlarının qurbanı olub.

Partlayışlara görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az